main-post-cover

    Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

    Elm & Texnologiya
    01.12.2022
    Farid Pardashunas
        Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şirkət öz təqdimat tədbirini sabah keçirtməyi planlaşdırırdı. Tədbir çərçivəsində Huawei 108 MP-lik əsas arxa kameraya sahib Nova 10 SE smartfonunu, daxilində kiçik ölçülü naqilsiz qulaqlıqlara sahib Watch Buds smart saatını və digər məhsullarını təqdim etməli idi. Lakin təqdimat tədbiri nəticədə təxirə salındı. Tədbirin təxirə salınmasının səbəbi qeyd edilməyib. Lakin kütləvi informaisya vasitələrinin verdikləri məlumata əsasən bu, Çinin keçmiş lideri Jiang Zemin-in vəfat etməsi ilə bağlıdır. Huawei qeyd edib ki, o, təqdimat tədbirinin keçiriləcəyi yeni tarixi yaxın zamanda açıqlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər