main-post-cover

    Huawei şirkəti qatlana bilən Mate X smartfonunun yeni satış tarixini elan edib

    Elm & Texnologiya
    14.06.2019
    Farid Pardashunas
        Fevral ayında təqdim olunmuş Huawei Mate X adlı qatlana bilən smartfon modeli bu ilin ortasında satışa çıxmalı idi. Lakin MWC 2019 sərgisindəki təqdimatdan sonra sözügedən smartfon barəsində demək olar ki, heç bir məlumat ortaya çıxmadı. İndi isə şirkət rəsmi olaraq bildirib ki, Mate X modelinin satışa çıxması bir qədər təxirə salınmışdı. CNBC saytının jurnalistləri Huawei şirkətinin təmsilçiləri ilə söhbət edərkən aydınlaşdırdılar ki, Mate X modeli bu ilin sentyabr ayında satışa çıxacaq.
        Bu barədə 4pda saytı xəbər verib. Şirkət təmsilçiləri bildiriblər ki, digər qatlana bilən smartfon modeli Samsung Galaxy Fold-da ortaya çıxmış konstruktiv problemlərdən sonra onlar daha ehtiyyatlı olmağa çalışırlar. "Biz, bizim nüfuzumuza zərər verə biləcək məhsulu çıxartmaq istəmirik" - deyə şirkət təmsilçisi bildirib. Huawei təmsilçisi həmçinin onu da qeyd edib ki, şirkətin son vaxtlarda ABŞ hökuməti ilə yaranmış problemlərinə baxmayaraq Mate X modeli Android əməliyyat sistemi vasitəsilə çalışacaq.
        Belə ki, Mate X modeli şirkətin ABŞ hökuməti tərəfindən qara siyahıya salınmasından öncə yaradılmış və təqdim edilmişdir. Maraqlısı ondadır ki, bir sıra online mağazalar artıq Mate X modelinn ön sifarişini qəbul edirlər. Məsələn Taobao adlı online mağazada sözügedən smartfonu 3610$ qiymətində təklif edirlər. Smartfonun rəsmi qiyməti isə 2589$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər