main-post-cover

    Huawei şirkəti qatlana bilən Mate X-in satış statistikalarını təqdim edib

    Elm & Texnologiya
    11.01.2020
    Farid Pardashunas
        Keçən ilin noyabr ayının ortasında Huawei şirkəti özünün ilk qatlana bilən smartfon modeli olan Mate X-in satışlarına start vermişdi. Satışlara start veriləndən 1 həftə sonra şirkət təmsilçiləri qeyd etmişdilər ki, satışlar uğurlu şəkildə reallaşdırılır. İndi isə şirkət indiyənə kimi neçə ədəd Mate X-in satıldığı barəsində məlumatı verib. Bu barədə GSMarena saytı xəbər verib.
        Bir neçə gün bundan öncə Samsung şirkəti bildirdi ki, o, 3 ay ərzində 400.000-500.000 ədəd Galaxy Fold sata bilib. Buna cavab olaraq Huawei şirkəti isə öz statistikasını təqdim edib. Şirkətin verdiyi məlumata əsasən 15 noyabr tarixindən başlayaraq şirkət hər ay 100.000 ədəd Mate X sata bilib. Beləliklə Huawei ümumilikdə 200.000 ədəd Mate X satıb. Qeyd etmək lazımdır ki, Mate X smartfonu hələki yalnız Çin bazarında satılır və onun qiyməti 2447$ təşkil edir. Bir çox ölkələrdə artıq satışa çıxmış Galaxy Fold-un qiyməti isə 2303$-dır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər