main-post-cover

    Huawei şirkəti özünün yeni büdcəli smartfonu olan P Smart (2019)-nu təqdim edib

    Elm & Texnologiya
    13.12.2018
    Farid Pardashunas
        Huawei şirkəti dünən özünün yeni büdcəli smartfon modeli olan P Smart (2019)-nu təqdim etdi. Yeni model bu ilin yanvar ayında təqdim edilmiş P Smart smartfonunun davamçısı oldu. Beləliklə smartfon şüşə gövdəyə və Full HD+ keyfiyyətli 6.21 düym IPS ekrana sahibdir. Bununla yanaşı ekran üzərində V şəkilli çıxıntı hissə yerləşdirilib.

        Əsas texniki göstəricilərə gəldikdə isə Huawei P Smart (2019) modeli Kirin 710 prosessoru, ikinci nəsil GPU Turbo qrafik sürətləndirici, 3 GB RAM, 64 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 3400 mAh enerji tutumlu batareya, 13 MP + 2 MP ikili arxa kamera (süni zəka funksiyaları dəstəkli) və 8 MP-lik ön kamera ilə təchiz olunub.
        Smartfon həmçinin ənənəvi 3.5 mm-lik audiogiriş və Google Pay ödənişləri üçün NFC modulu dəstəyinə də sahibdir. Yeni Huawei P Smart EMUI 9 interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon ilk dəfə olaraq Ukraynada təqdim olunduğu üçün artıq 21 dekabr tarixində orda 234$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər