main-post-cover

    Huawei şirkəti öz noutbuklarının istehsalını dayandırıb

    Elm & Texnologiya
    12.06.2019
    Farid Pardashunas
        DigiTimes saytı öz mənbələrinə istinadən bildirib ki, Huawei şirkəti ABŞ sanksiyaları səbəbilə öz noutbuk istehsalını dayandırıb. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, may ayının ortasında ABŞ hökuməti Huawei şirkətini və onun strukturuna daxil olan digər şirkətləri qara siyahıya əlavə etmişdi. Bu səbəblə şirkət ABŞ hökumətinin xüsusi icazəsi olmadan ABŞ şirkətlərindən aparat və proqram təminatı ala bilməz.
        Nəticədə Intel, Qualcomm, MicrosoftGoogle kimi şirkətlər Huawei ilə əməkdaşlıqlarını dayandırmalı oldular. Əsasən də Microsoft şirkətinin Huawei ilə əməkdaşlığını dayandırması o deməkdir ki, Huawei noutbukları Windows əməliyyat sisteminə sahib olmayacaqlar.
        DigiTimes saytının verdiyi məlumata əsasən Huawei şirkəti noutbuk istehsalı ilə noutbuk komplektasiyalarının istehsalının dayandırılması üzrə öz partnyorlarına təyinat verib. Bundan əlavə olaraq şirkət öz yeni layihələrini də dayandırıb. Bunun uzun və ya qısamüddətli olub-olmaması bilinmir. Şirkətin özü isə bu məlumata rəy bildirməkdən imtina edib. Qeyd etmək lazımdır ki, şirkət hal hazırda aktiv şəkildə fərdi əməliyyat sistemi üzərində çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər