main-post-cover

    Huawei şirkəti Mate Xs adlı yeni qatlana bilən smartfonunu sertifikatlaşdırdı

    Elm & Texnologiya
    30.12.2019
    Farid Pardashunas
        Huawei özünün ilk qatlana bilən smartfon modeli olan Mate X-in satış məsələsini hələ tam həll etməmiş artıq Mate Xs adlı yeni qatlana bilən smartfon modelini sertifikatlaşdırmadan keçirdib. Bu barədə GSMarena saytı xəbər verib. Şirkətin yeni qatlana bilən smartfonu Çinin 3C adlı agentliyində sertifikatlaşdırmadan keçib.
        Agentliyin məlumatlar bazasında smartfonun model nömrəsi isə TAH-AN00m-dir. Təəssüflər olsun ki, sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Mate Xs-in yalnız hansı sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi qeyd edilib. Beləliklə məlumata əsasən smartfon 65 vatt gücündə sürətli şarj texnologiyasına sahib olacaq.
        Bundan başqa smartfon barəsində heç hir məlumat yoxdur. Gözləntilərə əsasən Huawei Mate Xs smartfonu təkmilləşdirilmiş şarnir konstruksiyasını, yenilənmiş ekranı və 5G dəstəkli Kirin 990 prosessorunu əldə edəcək. Çox güman ki, Huawei Mate Xs gələn ilin fevral ayının sonunda keçiriləcək MWC 2020 sərgisində təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər