main-post-cover

    Huawei şirkəti Huawei Cares adlı servis proqramını istifadəyə verir

    Elm & Texnologiya
    04.07.2019
    Farid Pardashunas
        Huawei şirkəti öz istifadəçiləri üçün kompleks xidmət paketini istifadəyə verməyə hazırlaşır. Bu, Apple şirkətinin AppleCare+ servisinə bənzəyən fərdi servis proqramıdır. Bu barədə Gagadget saytı xəbər verib. Hələki sözügedən servis barədə məlumatlar azdır. Lakin Huawei söz verib ki, o bu servis vasitəsilə istifadəçilərin smartfon barəsində olan problemlərini (ekranın zədələnməsi, batareyanın işində və ya şarj girişində nasazlıqlar, proqram təminatındakı problemlər və s.) unudulmasına yardımçı olacaq və cihazın texniki ilə servis xidmətlərini təqdim edəcək.
        Şirkət Avropa bazarı üzrə öz müştəriləri arasında sorğu apararaq istifadəçilərin smartfon istifadəsi zamanı hansı problemlər ilə qarşılaşdıqlarını öyrənib. Beləliklə sorğuda iştirak etmiş insanlar smartfonda olan faylların itməsindən (63%), batareya işindəki nasazlıqlardan (59.45%) və smartfonun üzərinə suyun dağılmasından (55.78%) qorxurlar. İstifadəçilər razıdırlar ki, mobil cihaz istehsalçıları texnika ilə yaranmış problem halında istifadəçilər üçün əlavə tədbirlər görməli və onları dətəkləməlidirlər. Sorğuda iştirak etmiş insanların 87.50%-i məhz bu cür düşünür. Bundan əlavə olaraq sorğuda iştirak etmiş insanların 91.80%-nin fikrincə zədələnmiş ekranın dəyişdirilməsi çox baha başa gəlir.
        “Heç kim problemlərdən sığortalanmayıb. Biz hamımız insanıq. Biz, Huawei smartfonlarının sahiblərinə həmin problemlərin həll olunmasında yardımçı olmağı planlaşdırırıq. İstifadəçilər düşünürlər ki, cihaz ilə yaranmış problem halında istehsalçı onları dəstəkləməlidir. Huawei isə bu cür fikir ilə razıdır” - deyə Huawei Consumer Buiness Group-un CEE & Nordics regionu üzrə prezidenti Wang Yanmin bildirib. Huawei Cares servisi 10 iyul tarixində istifadəyə veriləcək.
        10 iyul tarixindən 31 iyul tarixinə kimi P30 seriyasından olan hansısa smartfonu alacaq istifadəçi 1 il ərzində Huawei Cares servisində smartfonun zədələnmiş ön və ya arxa şüşəsini tamamilə pulsuz dəyişdirə biləcək. Bununla yanaşı hər ayın sonuncu həftəsi çərşənbə axşamından şənbə gününə kimi rəsmi servis mərkəzlərində servis günləri keçiriləcək. Həmin günlərdə müştərilər pulsuz olaraq servis xidmətlərini əldə edə və öz smartfonlarının təmizlənməsini reallaşdıra biləcəklər. Bununla yanaşı həmin günlərdə müştərilər öz smartfonları üçün müxtəlif ehtiyat hissələrinə xüsusi endirimlər də əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər