main-post-cover

    Huawei şirkəti HarmonyOS'i əldə edəcək flaqman smartfonun adını açıqladı

    Elm & Texnologiya
    09.09.2019
    Emil Nəcəfov
        Huawei Mate 30 smartfon seriyasının təqdimatına az müddət qalmş şirkət bildirdi ki, yeni smartfonlar Android əməliyyat sistemi vasitəsilə çalışacaqlar. Lakin Google şirkəti ilə əməkdaşlığın gərgin şəkildə qalması səbəbilə şirkətin gələcək smartfonlarının hansı əməliyyat sistemi vasitəsilə çalışacaqları məsələsi qeyri müəyyən şəkildə qalmışdı. Lakin bu məsələni şirkətin istehlakçı biznesinin general direktoru olan Richard Yu aydınlaşdırdı. O, gələn il təqdim ediləcək Huawei P40 smartfon seriyasında istifadəçiləri nələrin gözlədiyi barəsində məlumat verdi. Bu barədə Gizmochina saytı xəbər verib.
        O bildirib ki, əgər Google şirkəti ilə məsələ yoluna qoyulmasa, şirkət gələn ildən başlayaraq öz smartfon modellərində fərdi əməliyyat sistemi olan HarmonyOS-dən istifadə edəcək. Şirkət bu əməliyyat sistemini P40 smartfonuna inteqrasiya etməklə fərdi əməliyyat sistemindən istifadəyə başlayacaq. O həmçinin qeyd edib ki, sözügedən əməliyyat sistemi özünün App Gallery adlı tətbiqlər mağazasına və Google servislərini əvəz edə biləcək Huawei Mobile Services servislərinə sahibdir.
        Qeyd etmək lazımdır ki, HarmonyOS əməliyyat sistemi bütün cihazlar üçün nəzərdə tutulmuş təhlükəsiz əməliyyat sistemidir. Əməliyyat sisteminin Ark adlı kompilyatoru vasitəsilə tərtibatçılar Android tətbiqləri tez bir zamanda yeni platformaya keçirdə biləcəklər. Qeyd etmək lazımdır ki, Mate 30 smartfon seriyasının təqdimatı 19 sentyabr tarixində baş tutacaq. Bir neçə müddət bundan öncə isə Reuters saytı bildirmişdi ki, Mate 30 seriyası Android əməliyyat sistemi ilə çalşacaq. Lakin həmin smartfonlarda Google servisləri olmayacaq.
    Linki kopyala