Huawei şirkəti HarmonyOS adlı fərdi əməliyyat sistemini təqdim etdi

Huawei şirkəti HarmonyOS adlı fərdi əməliyyat sistemini təqdim etdi

Texnologiya
09.08.2019 PAYLAŞIM

    Huawei Developer Conference 2019 tədbiri çərçivəsində Huawei şirkəti heç gözlənilmədən HarmonyOS adlı universal fərdi əməliyyat sistemini təqdim etdi. Tərtibatçıların sözlərinə əsasən təqdim edilmiş əməliyyat sistemi bütün tərz cihazlara inteqrasiya edilə bilər. Onun əsas özəllikləri sırasında isə stabil çalışma, təhlükəsizlik və tətbiqlərin sürətli çalışması var.

    Şirkətin general direktoru olan Richard Yu-nun sözlərinə əsasən HarmonyOS ilk əməliyyat sistemidir hansının ki, mikronüvəsi daha yüksək səviyyəli təhlükəsizliyin təmin olunması üçün irimiqyaslılığı təqdim edir. Android-dən fərqli olaraq HarmonyOS-də root özəlliyi yoxdur. Bütün şifrələnmiş məlumatlar isə nüvədən kənarda saxlanılır. Yeni əməliyyat sisteminin hazırlanması zamanı tərtibatçılar HarmonyOS-in sahib olacağı 4 vacib xüsusiyyətə diqqət ayırıblar.


- İstənilən cihazda stabil çalışma: HarmonyOS-in paylaşdırılmış arxitekturası sayəsində tərtibatçılar bu və ya digər smartfon üçün öz tətbiqlərinin optimizasiyası barəsində narahat olmaya bilərlər.

- Gecikməsiz səlis çalışma: Bu əməliyyat sistemində determinləşdirilmiş gecikmə mexanizmindən istifadə olunur. Bu mexanizm yerinə yetirilən tapşırıqların prioritetini təyin edir. Bunun sayəsində tərtibatçılar tətbiqlərin gecikmə vaxtını 25.7% aşağı sala biliblər.

- Təhlükəsizlik: Sistemin mikronüvəsi ən əsas xidmət və servislər ilə təmin olunub. Bütün konfidensial məlumatlar isə mikronüvədən kənarda saxlanılır.

- Universiallıq: HarmonyOS universal tərtibatçılıq mühitini təqdim edir. Belə ki, tərtibatçılar cihazın ekran ölçüsündən və keyfiyyətindən asılı olmayaraq tətbiqləri yarada bilərlər.

    Tədbir çərçivəsində Huawei şirkəti bildirib ki, buna bənzər sistemi həmçinin Google şirkəti də hazırlyır. Lakin Huawei bu məsələdə Google-dan tez davranıb. HarmonyOS əməliyyat istemi ilk olaraq Honor Vision Smart TV televizorunda işə salınacaq. Televizorun satışlarına isə 10 avqust tarixində start veriləcək. Tədbir zamanı əməliyyat sisteminin interfeysi sərgilənmədi. Lakin şirkət rəhbəri bildirdi ki, əgər onlar nə vaxtsa Android-dən istifadə imkanından məhrum olsalar, tərtibatçılar tez bir zamanda HarmonyOS əməliyyat sisteminə keçid edəcəklər. Onun sözlərinə əsasən şirkətin bütün smartfonlarını yeni əməliyyat sisteminə keçirtmək üçün 2 gündən çox vaxt lazım olmayacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Apple bu il kompakt ölçülərə sahib iPhone 12 mini smartfon modelini təqdim edə b..

Son illərdə Apple şirkəti hər il 2 və ya 3 iPhone modeli təqdim edir. Qeyd etmək lazımdır ki, bu ili..


Apple şüşə materialdan hazırlanmış gövdəyə sahib iMac-ın patentini əldə etdi..

ABŞ-ın patent bürosu Apple şirkətinin yeni patent sorğusunu təsdiqləyib. Həmin patent sorğusunda şir..


Poco X2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran əldə edəcək..

Xiaomi-nin müstəqil şəkildə fəaliyyət göstərən Poco brendi dünən öz yeni smartfon modeli olacaq Poco..


Pulsuz antivirus Avast milyonlarla istifadəçi məlumatını satmaqda günahlandırılı..

Pulsuz versiyası olan Avast antivirusunun şirkəti milyonlarla istifadəçi məlumatını satmaqda günahla..


Motorola-nın yeni flaqman smartfon modelinin təqdimat tarixi məlum oldu

Biz artıq dəfələrlə xəbər vermişik ki, Motorola şirkəti bu il flaqman smartfonlar seqmentinə geri qa..


Qatlana bilən Galaxy Z Flip smartfonu Galaxy S20-dən bir qədər sonra təqdim olun..

Son məlumatlarda qeyd olunurdu ki, Samsung şirkəti 11 fevral tarixində Galaxy S20 flaqman smartfon s..