main-post-cover

    Huawei şirkəti bu il 5 arxa kameralı P40 Pro Premium Edition smartfon modelini təqdim edə bilər

    Elm & Texnologiya
    17.01.2020
    Farid Pardashunas
        Ortaya çıxmış yeni məlumata əsasən Huawei şirkəti bu il P seriyasında 2 deyil 3 smartfon modeli təqdim edəcək: Huawei P40, P40 ProP40 Pro Premium Edition. Bu barədə Gagadget saytı xəbər verib. İlk iki model barəsində biz dəfələrlə xəbər vermişik. Lakin P40 Pro Premium Edition modeli barəsində məlumat yeni ortaya çıxıb. Məşhur insayder Evan Blass tərəfindən təqdim edilmiş fotoya əsasən P40 Pro Premium Edition modeli digər modellərdən xarici görünüşcə heç də fərqlənməyəcək.
        Premium versiyanı adi versiyalardan fərqləndirən əsas özəllik isə ondan ibarət olacaq ki, Premium versiya 5 arxa kamera ilə təchiz olunacaq. Kameralar həmçinin 10 qat optik zoom özəlliyinə də sahib ola bilərlər. Sözügedən smartfon Galaxy S20 Ultra ilə rəqabət apara bilər. Qeyd etmək lazımdır ki, Huawei P40 flaqman smartfon seriyasının təqdimatı mart ayına planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər