main-post-cover

    Huawei şirkəti artıq Kirin 1000 prosessoru üzərində çalışır

    Elm & Texnologiya
    01.10.2019
    Farid Pardashunas
        Huawei hələ sentyabr ayının əvvəlində öz yeni flaqman prosessor modeli olan Kirin 990-ı təqdim etmişdi. Lakin görünür, şirkət artıq yeni prosessor modeli üzərində işlərə start verib. Bu barədə Huawei Central saytı xəbər verib. Mənbənin verdiyi məlumatda qeyd edilib ki, Huawei şirkəti artıq Kirin 1000-nin istehsalına start verib. Həmin prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Həmçinin Kirin 1000 prosessoru A77 arxitekturasını və 5G modem çipini əldə edəcək. Prosessor barəsində digər bir məlumat yoxdur. Kirin 1000-nin 2020-ci ilin ikinci yarısında təqdim edilməsi planlaşdırılır. Çox güman ki, həmin prosessoru ilk əldə edəcək smartfonlar isə Mate 40 seriyasına daxil olacaq modellər olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər