main-post-cover

    Huawei şirkəti AppGallery-də Google Maps-in alternativi olan HERE WeGo servisini işə saldı

    Elm & Texnologiya
    24.04.2020
    Emil Nəcəfov
        Huawei şirkəti Google servislərinin alternativi kimi çıxış edən öz mobil ekosistemini inkişaf etdirməyə davam edir. Beələliklə şirkət Google Maps-in alternativi kimi HERE WeGo adlı kartoqrafik servisi təqdim edib. Şirkətin verdiyi məlumata əsasən istifadəçiyə geniş funksionallıq təqdim etməklə sözügedən servis Google Maps-i tam əvəz edə bilər. Bu barədə Phonerena saytı xəbər verib.
        ABŞ hökuməti tərəfindən olan sanksiyalar ilə qarşılaşdıqdan sonra Huawei şirkətinin istifadəçiləri Google şirkətinin bütün servislərindən istifadə imkanından məhrum oldular. Bura həmçinin Google Maps servisi də daxildir. Sonunda Huawei şirkəti bunun alternativ versiyası olan HERE WeGo servisini təqdim etdi. Bu yeni servis üçün olan xəritələr hələ 2012-ci ildə Nokia tərəfindən yaradılmışdı.
        4 ildən sonra isə həmin xəritələr ictimai nəqliyyatın əks olunması funksiyasını əldə etdilər. Nəticədə Huawei sözügedən servisi özünün AppGallery tətbiqlər mağazasında istifadəçilər üçün aktiv edib. Pulsuz səsli naviqasiya, dünyanın 1300-dən çox şəhəri üçün ictimai nəqliyyat barsində məlumat və offline xəritələr. Bunlar HERE WeGo servisinin pulsuz təqdim olunan bir sıra özəllikləridir. 
    Linki kopyala