main-post-cover

    Huawei şirkəti ABŞ məhsullarından asılılığını aşağı salmağa davam edəcək

    Elm & Texnologiya
    04.07.2019
    Farid Pardashunas
        Keçən həftə ABŞ prezidenti Donald Trump, Huawei şirkətinə qarşı təyin olunmuş ticarət blokadasını zəiflətmiş və ABŞ şirkətlərinə öz məhsullarını Huawei-yə satmağa icazə vermişdi. Huawei şirkətinin yaradıcısı və generaal direktoru olan Ren Zhengfei isə bu məsələyə öz fikrini bildirib və şirkətin gələcəyi barəsində gözlənilməz bəyanat verib. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.
        “Sanksiyaların ləğv olunması ədalətlidir. Biz heç bir səhv etməmişik ki, onlar bizi buna görə cəzalandırsınlar. ABŞ sadəcə olaraq bizi məhv etmək istəyir” - deyə Ren Zhengfei bildirib. Onun sözlərinə əsasən hətta sanksiyaların tamamilə ləğv olunması halında da o öz biznesininin ABŞ şirkətlərindən asılılığını aşağı endirməyə davam edəcək. Bu, şirkətin hal hazırki strategiyasıdır.
        O bildirib ki, yeni iş şərtlərinə öyrəşmək üçün Huawei şirkətinə 1 və ya 2 il vaxt lazım olacaq. Ren Zhengfei onu da qeyd edib ki, şirkət öz daxili problemlərini həll etmək üçün bütün səylərini ortaya qoymalıdır. Çünki hal hazırda ABŞ məhsullarına alternativin axtarışı üçün şans düşüb. Əgər sanksiyalar ləğv olunmasa Ren Zhengfei öz şirkətinə əlavə 6000 əməkdaş cəlb edərək onların ümumi sayının 188.000-dən 194.000-ə çatdırmağı planlaşdırır. Onlar əsasən şirkətdaxili tədqiqatlar üçün nəzərdə tutulmuş mühəndislər olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər