Huawei şirkəti ABŞ istehsalı olan komponentlərdən tamamilə imtina edir
Elm & Texnologiya
02.12.2019
Farid Pardashunas
The Wall Street Journal saytının verdiyi məlumata əsasən Huawei şirkəti öz smartfonlarının istehsalında bütün ABŞ istehsalı olan komponentlərdən imtina etmək qərarını alıb. Bu cür cihaz artıq satışa çıxıb və mənbələrin verdikləri məlumatlara əsasən Huawei bu tendensiyanı davam etdirəcək. Bu tendensiya təkcə smartfonlara deyil həmçinin şirkətin digər məhsullarına da şamil olunacaq. Bir-birindən asılı olmayan iki müstəqil laboratoriya olan iFixit və Tech Insights Inc. şirkətin Mate 30 Pro smartfonunu hissələrə ayıraraq onun daxilində hansı komponentlərin olduğunu öyrəniblər.
İncələmə çərçivəsndə məlum olub ki, smartfonun daxilində ABŞ istehsalı olan heç bir komponent yoxdur. Bundan daha öncə Huawei ABŞ-ın Qorvo şirkətinin mikrosxemlərindən istifadə edirdi. Həmin mikrosxemlər isə smartfonun şəbəkəyə qoşulması halında siqnalların qeydiyyata alınmasını təmin edirdi. Çin ilə ABŞ arasında ticarət müharibəsinin başlamasından sonra isə Huawei həmin şirkətin komponentlərindən imtina edərək Yaponiyanın Murata adlı şirkətinin məhsullarını seçdi. Eyni vəziyyət həmçinin smartfonun Bluetooth və Wi-Fi modullarına da şamil olunub.
Belə ki, ABŞ-ın Broadcom şirkətinin məhsullarının yerinə Huawei həmin komponentləri özü istehsal etməyə başlayıb. Smartfonlardan əlavə olaraq şirkət həmçinin 5G şəbəkəsinin yayılması üçün nəzərdə tutulmuş şəbəkə təchizatının hazırlanmasında istifadə olunan elektronikadan da imtina edir. Qeyd etmək lazımdır ki, şirkətin bu bazardakı payı 28% təşkil edir. Beləliklə Huawei brendi altında baza şəbəkələrindən heç biri ABŞ istehsalı elementlərə sahib deyil. Hal hazırda şirkətin əsas problemi Google servislərindən tamamilə imtina etməkdir. Belə ki, Google şirkəti olmadan Android əməliyyat sisteminin lisenziyalaşdırılması qeyri mümkündür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək