main-post-cover

    Huawei şirkəti, nova 2 və nova 2 PLus smartfonlarını təqdim etdi

    Elm & Texnologiya
    27.05.2017
    Farid Pardashunas

    “Huawei” şirkəti rəsmi olaraq keçən ilki nova və nova Plus modellərinin yeni versiyalarını təqdim edib.

    Yeni cihazlar nova 2nova 2 Plus adlanır. Həm xarici görünüş, həmdə texniki göstəricilərinə görə hər iki smartfon, keçən ilki versiyalardan çox fərqlənir. Hər iki smartfonda ən böyük diqqət isə məhz kameralara ayrılıb. Bu baxımdan sözügedən bu iki cihazı, yüksək foto keyfiyyətinə önəm verən insanlara məsləhət görmək olar. Xarici görünüşcə nova 2 və nova 2 Plus-ı bu ilin Fevral ayında təqdim olunmuş P10P10 Plus modelləri ilə səhv salmaq olar. Onları yalnız barmaq izi skanının yerləşmə hissəsinə görə ayırmaq olar. Belə ki, təqdim olunmuş hər iki smartfonda barmaq izi skanı, korpusun arxa panelində yerləşir. Hər iki smartfon metal korpusa sahibdir. Texniki göstəricilərinə gəldikdə isə nova 2, 5 inç Full HD ekran, 8 nüvəli Kirin 659 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (128 GB-a kimi microSD özəllikli), biri 12 MP, digəri 8 MP olmaqla ikili arxa kamera, 20 MP-lik ön kamera və 2950 mAh enerji tutumlu batareya ilə təchiz olunub. USB Type-C girişinin olmasına baxmayaraq bu model özündə 3.5 mm-lik audiogirişi qoruyub. Nova 2 modeli, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır.
    Nova 2 Plus modeli isə 5.5 inç Full HD ekran, 8 nüvəli Kirin 659 prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş (128 GB-a kimi microSD özəllikli), 12 və 8 MP-lik ikili arxa kamera, 20 MP-lik ön kamera və 3340 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu modeldə də həm USB Type-C, həmdə 3.5 mm-lik audiogiriş vardır. Nova 2 Plus modeli, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Hər iki smartfon 16 İyun tarixində satışa çıxacaq. Nova 2-nin qiyməti 364$, nova 2 Plus-ın qiyməti isə 422$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər