main-post-cover

    Huawei P40 Pro-nun texniki özəllikləri barəsində məlumat verildi

    Elm & Texnologiya
    11.12.2019
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə gələn il təqdim ediləcək Huawei P40 smartfon modelinin bəzi texniki özəllikləri barəsində məlumat ortaya çıxmışdı. İndi isə internetdə smartfonun Pro versiyasının texniki göstəriciləri ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Yeni sızdırılmış məlumata əsasən Huawei P40 smartfonu təsvirin 120 Hz-lik yenilənməsini dəstəkləyən 2K keyfiyyətli 6.5 düym OLED ekrana sahib olacaq.
        Ekran smartfonun ön panelinin 98%-ni əhatə edəcək və onun üzərində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşdiriləcək. Smartfon həmçinin 5 arxa kamera ilə də təchiz olunmalıdır. Həmin kamera modulları isə artıq ənənə üzrə Leica şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanır. Arxa kameralardan əsas modul 64 MP-lik Sony IMX700 və ya Sony IMX686 olmalıdır.
        Gözləntilərə əsasən ondan əlavə arxa paneldə 20 MP-lik (genişbucaqlı obyektiv), 12 MP-lik, makroobyektiv və 3D ToF kamera modulları olacaq. Verilmiş məlumatda qeyd edilib ki, Huwei P40 Pro modeli Kirin 990 5G prosessoru və 50 vatt gücündə sürətli enerji yığma texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Yəni smartfon 100% enerjini 45 dəqiqə ərzində yığa biləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər