main-post-cover

    Huawei P40-ın dizaynı və bəzi texniki özəllikləri sızdırıldı

    Elm & Texnologiya
    09.12.2019
    Farid Pardashunas
        Huawei Mate 30Mate 30 Pro flaqman smartfonlarının satışa çıxmalarından sonra internetdə şirkətin növbəti flaqman smartfonu olacaq P40 barəsində məlumatlar ortaya çıxmağa başlayıb. P40 smartfon seriyasının təqdimatına hələ uzun müddət qalmış insayderlər adi P40 modelinin texniki özəlliklərindən əlavə olaraq onun keyfiyyətli render fotosunu da təqdim ediblər.
        Bu barədə Mydrivers sayt xəbər verib. Teme ləqəbli insayderin verdiyi məlumata əsasən Huawei P40 smartfonu Full HD+ keyfiyyətli 6.57 düym AMOLED ekran əldə edəcək və ekranın kənarları əyilmiş formada olacaq. Gözləntilərə əsasən smartfon ekranı HDR standartını və DCI-P3 rəng əhatəsini dəstəkləyəcək.
        Məlumata əsasən smartfon 5G modemə sahib Kirin 990 prosessoru ilə təchiz olunacaq. Belə ki, şirkət tərəfindən hal hazırda hazırlanan Kirin 1020 prosessoru gələn ilin sentyabr ayında təqdim ediləcək. Məlumatda qeyd edilib ki, P40-ın əsas özəlliy onun kameralarında olacaq. Belə ki, smartfon 64 MP-lik beş arxa kamera və ikili ön kamera ilə təchiz olunacaq. Smartfonun digər texniki özəllikləri və təqdimat tarixi barəsində hələki heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər