main-post-cover

    Huawei P30 ilə P30 Pro flaqman smartfonları barəsində məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    24.01.2019
    Orxan Jafarli
        Çinin QQ adlı saytı öz mənbələrinə istinadən Huawei P30 ilə P30 Pro smartfon modellərinin özəllikləri barəsində məlumatlar verib. Beləliklə ilk öncə P30 modelindən başlayaq. Məlumata əsasən əvvəlki modeldən fərqli olaraq P30 modeli OLED ekranla təchiz olunacaq. Smartfon 6.1 düym ekrana və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib olacaq. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Kirin 980 prosessoru, 8 GB RAM və üçlü arxa kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, şirkət P30 mdelində ənənəvi 3.5 mm-lik audiogirişi saxlayacaq.
        P30 Pro modelinə gəldikdə isə o, P30-dan bəzi özəlliklərə görə fərqlənəcək. İlk öncə P30 Pro modeli 6.5 düym-lük böyük OLED ekrana sahib olacaq və barmaq izi skanı texnologiyası ekrana inteqrasiya ediləcək. P30 Pro da üçlü arxa kameraya sahib olacaq və kamera modullarından biri daha yüksək optik zoom üçün nəzərdə tutulacaq. P30 modeli kimi P30 Pro da Kirin 980 prosessoru vasitəsilə çalışacaq, lakin 12 GB RAM ilə təchiz olunacaq. Məlumata əsasən P30 flaqman seriyası bu ilin birinci yarısında təqdim edilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər