main-post-cover

    Huawei özünün 20 smartfon modelinin Android Q'nü əldə edəcəyini təsdiqlədi

    Elm & Texnologiya
    21.06.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkəti öz smartfonlarını Android Q əməliyyat sisteminə kimi yeniləməyi planlaşdırır. Lakin həmin vaxtda 11 smartfon modelindən söhbət getmişdi. Lakin indi şirkət rəsmi olaraq bildirib ki, Android Q-yə kimi 20 smartfon modeli yenilənəcək. Bu barədə Fonearena saytı xəbər verib.
        “Biz əminik ki, P30 seriyası da daxil olmaqla bizim ən məşhur smartfonlarımız Android Q-nü əldə edə biləcəklər. Biz, cihazların Android Q-nü əldə etmələri üçün öz partnyorlarımız ilə uzun aylardır çalışırıq. Artıq 17 cihaz üçün texniki hazırlıq və test mərhələsi başlayıb. Faktiki olaraq bizim Mate 20 Pro modelimiz artıq Android Q əldə edəcəyi üzrə təsdiq alıb” - deyə şirkət bildirib. Beləliklə Adnroid Q əməliyyat sistemini əldə edəcək Huawei smartfonlarının siyahısı aşağıdakı kimidir:
    - P30 Pro
    - P30
    - P30 Lite
    - Mate 20
    - Mate 20 Pro
    - Porsche Design Mate 20 RS
    - P Smart 2019
    - P Smart+ 2019
    - P Smart Z
    - Mate 20 X
    - Mate 20 X (5G)
    - P20 Pro
    - P20
    - Mate 10 Pro
    - Porsche Design Mate 10
    - Mate 10
    - Mate 10 Lite.
        Bu siyahıda Honor brendinin smartfon modelləri yoxdur. Çox güman ki, Honor brendi üçün daha sonra ayrıca siyahı təqdim olunacaq. Sözügedən smartfonlara Android Q əməliyyat sisteminin nə zaman çıxacağı barəsində hələki məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər