main-post-cover

    Huawei öz smartfonların bloklanma ekranlarındakı reklam elanlarını yığışdırdı

    Elm & Texnologiya
    17.06.2019
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə müxtəlif ölkələrdən olan Huawei ilə Honor smartfon istifadəçiləri öz cihazlarının bloklanma ekranlarında reklam elanlarını aşkar etmişdilər. Belə ki, Magazine Unlock-dan olan ekran təsvirləri anidən Booking.com servisinin reklam elanını əks etrdirməyə başlamışdılar. Huawei şirkətinin təmsilçiləri buna tez bir zamanda reaksiya verərək sözügedən problemi aradan qaldırıblar. Bu barədə Digital Trends saytına istinadən Gagadget saytı xəbər verib.
        İlk öncə kənar servislərin reklam elanlarının göstərilməsi məsələsində Huawei şirkəti günahlandırılmışdı. "Bloklanma ekranında reklam elanının əks olunması Huawei şirkətinin təşəbbüsü deyildi. Biz, istifadəçiləri reklam elanlarının silinməsi üçün tətbiqlərin ayarlarını yoxlamağa və ictimaiyyətə açıq olan təlimatları yerinə yetirməyə çağırırıq" - deyə şirkət bildirib. Honor brendinin təmsilçiləri də bildiriblər ki, onlar reklam elanlarının göstərilməsi mövzusunda heç bir şey etməyiblər.
        Lakin daha sonradan Huawei şirkətinin ictimaiyyət ilə əlaqələr üzrə komandası etiraf edib ki, onlar Magazine Unlock-da tərtibatçıların reklam elanlarının göstərilməsini test etdiklərini bilmirdilər. Şirkət istifadəçilərdən üzr istəyib və bildirib ki, ekran təsvirləri artıq reklam elanlarından təmizləniblər. Əgər sizdə hələ də reklam elanlarının əks olunduqları ekran təsvirləri qalıbsa onları sadəcə olaraq silmək lazımdır.
    Linki kopyala