main-post-cover

    Huawei öz smartfonları üçün ekrana inteqrasiya edilmiş ön kamera texnologiyasının patentini əldə edib

    Elm & Texnologiya
    17.09.2019
    Emil Nəcəfov
        Keçən il Huawei şirkəti nova 4 adlı smartfon modelini təqdim etmişdi. Həmin smartfonun əsas özəlliyi isə ondan ibarət idi ki, onun ön kamerası birbaşa ekran üzərində yerləşdirilmiş kiçik çıxıntı hissənin daxilində idi. Həmin vaxtda isə ekranın yuxarı hissəsində olan çıxıntı hissələr trenddə idilər. Lakin Huawei artıq bu texnologiyanı da əvəz etməyi planlaşdırır. Belə ki, şirkət ön kameranı smartfon ekranının alt hissəsinə yerləşdirmək istəyir. Bu barədə Letsgodigital saytı xəbər verib.
        Şirkətin patent sorğusu keçən ayın sonunda təqdim edilmişdi. Patent sənədlərində olmuş fotolara əsasən şirkət ön kameranı ekranın yuxarı hissəsinin daxilində yerləşdirmək istəyir. Ekranın həmin hissəsində isə smartfonun enerji səviyyəsi və şəbəkə siqnalının gücü məlumatları əks olunurlar. Ekran səthinin alt hissəsində kamera sensorlarından əlavə olaraq müxtəlif növ ötürücülərin və işıqlandırma sisteminin də yerləşdirilməsi planlaşdırılır. Kameranın istifadə edilmədiyi vaxtda o görünmür.
        Ekran şəffaflığının 50%-dən 99%-ə kimi ayarlanan diapazonunda istifadəçi sadəcə olaraq kamera ikonlarını görə bilər. Lakin ön kameranın aktivləşdirilməsi vaxtı ön kameranın yerləşdiyi yer tamamilə şəffaf olur. Patentdə əks olunmuş bu texnologiya həm IPS ekranlar həm də OLED ekranlar üçün yarayır. Patent sənədlərində həmçinin səsin ekran vasitəsilə ötürülməsi texnologiyasından da bəhz olunur. Şirkət artıq yaxın gələcəkdə öz smartfonlarında bu texnologiyaları reallaşdıra bilər.
    Linki kopyala