main-post-cover

    Huawei öz əməliyyat sistemini daha tez zamanda təqdim edə bilər

    Elm & Texnologiya
    08.07.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, Huawei şirkətinin fərdi əməliyyat sistemi olan HongMeng OS bu ilin payız fəslində təqdim olunacaq Mate 30 flaqman smartfon seriyası ilə birlikdə anons oluna bilər. Lakin yeni şayiələrə əsasən əməliyyat sistemi daha tez təqdim olunacaq. Bu barədə IThome saytına istinadən Gagadget saytı xəbər verib. Məlumata əsasən əməliyyat sistemi 1 aydan sonra təqdim oluna bilər. Belə ki, 9 - 11 avqust tarixlərində ənənəvi olaraq tərtibatçılar üçün Huawei Developer Conference tədbiri keçiriləcək.

        Çinin kütləvi informasiya vasitələri qeyd ediblər ki, məhz həmin tədbirin açılışında HongMeng OS əməliyyat sistemi təqdim olunacaq. Təbii ki, şirkətin özü bu məlumatı rəsmi olaraq təsdiqləməyib. Huawei Developer Conference 2019 tədbirinin anonsunda qeyd olunub ki, həmin tədbirdə 5G, IoT texnologiyaları, artırılmış və virtual reallıq və s. texnologiyalardan bəhs olunacaq. Qeyd etmək lazımdır ki, şirkətin fərdi əməliyyat sistemi Linux nüvəsi üzərində qurulub. O, Android əməliyyat sistemi ilə EMUI interfeysinin qarışığını xatırladan yeni əməliyyat sistemidir. Şirkət artıq onu test etməyə başlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər