main-post-cover

    Huawei MatePad Pro planşeti və MateBook D təqdim edildi

    Elm & Texnologiya
    25.11.2019
    Nijat Hamid
            Keçən günlərdə təqdimat videosu yayımlanan Huawei MatePad Pro planşetinin bu gün təqdimatı keçirildi. Həmçinin 15 düyüm ekrana malik Matebook D notbuku da təqdim edildi. MatePad Pro planşeti iPad Pro alternativi olaraq çıxış edir və 10.5 düyümlük 2K ekran ilə 90%-lik gövdə/ekran nisbətinə malikdir. Həmçinin 7 nm-lik Kirin 990 prosessoruna və süni zəka üçün əlavə NPU çipinə də malikdir.

    MatePad Pro planşetinin M-Pencil adlı qələmi 4096 dərəcə həssaslıq səviyyəsinə malikdir və həmçinin simsiz şarj etmə funksiyası var. 

    Huawei təqdimat zamanı həmçinin 15 düyümlük Matebook D notbukunu da təqdim etdi.

            Digər nəsillərdən fərqli olaraq bu səfərki Matebook versiyalarında İntel prosessorlar yerinə AMD Ryzen 5 3500U prosessor və Radeon Vega 8 videokartı istifadə edilib. Həmçinin SSD+HDD hibrid şəkildə istifadə olunur və Huawei-nin dediklərinə görə yaddaş həcmini artırmaq mümkün olacaq. Bu notbuklarda standart olaraq Windows əməliyyat sistemi istifadə olunmasına baxmayaraq, istəyənlər üçün Linux-lu versiyalar da satışda olacaq.

    MatePad Pro 6/128-lik versiyası 470$-a satışa çıxacaq. MateBook D notbukun qiyməti isə 8/ 256 SSD+ 1 TB HDD modeli 526$ ətrafında olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər