main-post-cover

    Huawei Mate 30 və Mate 30 RS Porsche Design modellərinin render fotoları təqdim olundular

    Elm & Texnologiya
    16.09.2019
    Emil Nəcəfov
        Məşhur insayder Evan Blass təqdim olunacaq yeni Mate 30 seriyasının 2 modelinin keyfiyyətli render fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Mate 30 Pro modelinin fotoları daha öncədən ortaya çıxmışdı. Lakin adi Mate 30 və Mate 30 RS Porsche Design modellərinin render fotoları ilk dəfədir ki, təqdim olunur. Adi Mate 30 modelinin yalnız ön panelinin render fotosu təqdim edilib. Fotodan da görmək olar ki, smartfon genişformatlı ekran və ekran üzərində ikili ön kamera üçün nəzərdə tutulmuş kiçik çıxıntı hissə ilə təchiz olunacaq.
        Mate 30 RS Porsche Design modeli isə adi Mate 30 Pro modelinə bənzəyir. Fərqləndirici özəlliklər arasında smartfonun arxa panel dizaynı, daha premium gövdə materialı və kənarları əyilmiş ekran hissəsi var. Yeni Mate 30 seriyasında yalnız Mate 30 Pro modelinin texniki göstəriciləri məlumdur. Belə ki, smartfon Full HD+ keyfiyyətli 6.6 düym və ya 6.8 düym AMOLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, yeni Kirin 990 5G prosessoru, 8 GB RAM, 512 GB daxili yaddaş həcmi və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Smartfon həmçinin 40 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma tenxologiiyalı adi naqilli şarj texnologiyasını və 30 vatt gücündə enerji qəbul etməyə qadir sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Kameralara gəldikdə isə Mate 30 Pro modeli 4 arxa kameraya sahib olacaq: 40 MP + 40 MP + 8 MP + ToF. Smarfon EMUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, şirkət yeni Mate 30 seriyasını 19 sentyabr tarixində Münhen şəhərində təqdim edəcək.
    Linki kopyala