main-post-cover

    Huawei Mate 30 seriyasının Avropada satış tarixi məlumatı ortaya çıxdı

    Elm & Texnologiya
    30.10.2019
    Farid Pardashunas
        Huawei şirkəti Mate 30 flaqman smartfon seriyasını hələ keçən ay təqdim etmişdi. Lakin bu seriyaya daxil olan smartfonlar hələ də Avropa bazarında satışa çıxmayıblar. Lakin yaxın müddətdə bu vəziyyət dəyişə bilər. Belə ki, şirkətin planları ilə yaxından tanış olan mənbənin verdiyi məlumata əsasən smartfonlar Avropa bazarında 15 noyabr tarixində satışa çıxacaqlar. Bu barədə Techgarage saytı xəbər verib. Məlumatda qeyd olunub ki, smartfonlar ilk öncə Almaniya, Fransa, İspaniya, İtaliya, İngiltərə və İsveçrədə satışa çıxacaqlar. Qeyd etmək lazımdır ki, smartfonlar Android 10 əməliyyat sistemi lə çalışsalar da Google servislərinə sahib deyillər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər