main-post-cover

    Huawei Mate 30 Pro'nun texniki göstəriciləri barəsində məlumatlar verildi

    Elm & Texnologiya
    11.09.2019
    Emil Nəcəfov
        Huawei Mate 30 smartfon seriyasnın təqdimatına 8 gün qalmasına baxmayaraq bu seriyaya daxil olacaq smartfonlar barəsində hələ də məlumat sızıntıları baş verir. İndi isə insayderlərdən biri Huawei Mate 30 Pro modeli barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən smartfon Full HD+ keyfiyyətli və kənarları əyilmiş 6.6 düym və ya 6.8 düym AMOLED ekran əldə edəcək. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya ediləcək.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Kirin 990 5G prosessoru, 8 GB RAM, 512 GB daxili yaddaş həcmi, 40 MP + 40 MP + 8 MP + ToF dördlü arxa kamera, 32 MP-lik ön kamera, 40 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnlogiyalı 4500 mAh enerji tutumlu batareya (30 vatt gücündə naqilsiz şarj texnologiya dəstəkli) və USB-C girişi ilə təchiz olunmaldır.
        Smartfonun maraqlı özəllikləri arasında həmçinin istifadəçi üzünün skan olunması üçün nəzərdə tutulmuş Face ID 2.0 texnologiyası olacaq. Huawei Mate 30 Pro modeli EMUI 10 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Lakin onda Google servisləri olmayacaq. Qeyd etmək lazımdır ki, yeni smartfon seriyası 19 sentyabr tarixində Münhendə təqdim olunacaq.
    Linki kopyala