main-post-cover

    Huawei Mate 30 Pro'nun keyfiyyətli render fotosu ortaya çıxıb

    Elm & Texnologiya
    04.07.2019
    Farid Pardashunas
        Huawei Mate 30 Pro flaqman smartfonun təqdimatına hələ bir xeyli vaxt var. Lakin bu smartfon barəsində artıq bir sıra məlumat sızıntıları baş verib. İndi isə internetə Mate 30 Pro modelinin keyfiyyətli render fotosu ortaya çxııb. Bu barədə Androidpure saytına istinadən 4pda saytı xəbər verib. Ortaya çıxmış render fotosundan da görmək olar ki, Mate 30 Pro modeli dizayn mövzusunda əvvəlki modeldən bir qədər fərqlənəcək.
        İlk baxışdan adama elə gələr bilər ki, smartfonun arxa panelində 5 kamera modulu var. Lakin əslində smartfoun arxa panelində 4 kamera modulu var və 5-ci kamera modulu kimi görünən hissə işıqlandırma sistemidir. Arxa paneldə yerləşdirimiş kamera hissəsindəki yazıya əsasən demək olar ki, smartfonun əsas kamera modulu Leica Vario Summilux H 1:1.6-3.4/ 16-125 ASPH olacaq.

        Bu cür əsas kamera modulu həmçinin Huawe P30 smartfonunda da quraşdırılıb. Çox güman ki, yerdə qalan kamera modulları da P30-dakı kimi olacaq. Belə ki, P30 modeli təsvirin optik stabilizasiyasına, f/1.6 diafraqmasına və genişbucaqlı linzalara sahib 40 MP-lik əsas kamera moduluna sahibdir. Əlavə olaraq smartfon f/2.2 diafraqmaya və ultragenişbucaqlı optikaya sahib 20 MP-lik kamera modulu, f/3.4 diafraqmaya və optik stabilizasiyaya sahib 8 MP-lik teleobyektiv modulu və ToF modul ilə təchiz olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər