Huawei Mate 30 Lite smartfonu barəsində məlumatlar ortaya çıxdı

Huawei Mate 30 Lite smartfonu barəsində məlumatlar ortaya çıxdı

Texnologiya
10.07.2019 PAYLAŞIM

    Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin SPN-AL00SPM-TL00 model nömrələrinə sahib smartfon modeli aşkar edilib. Söhbət, Mate 30 flaqman smartfon seriyasının büdcəli modeli olan Mate 30 Lite-dan gedir. Bu barədə Gagadget saytı xəbər verib.

    Sertifiktlaşdırma agentliyinin məlumatlar bazasında aşkar edilmiş məlumatlara əsasən smartfon Full HD+ keyfiyyətli 6.26 düym IPS ekran, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 3900 mAh enerji tutumlu batareya, 48 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon 2.2 GHz tezlikli 8 nüvəli prosessor əsasında çalşacaq.

    Məlumatlar arasında prosessorun adı qeyd olunmasa da çox güman ki, bu, Kirin 810 prosessoru olacaq. Smartfon Android Pie əməliyayt sistemi vasitəsilə çalışacaq. Məlumatlar bazasında Mate 30 Lite modelinin fotoları təqdim olunmayıb. Lakin yaxın bir neçə gün ərzində onun fotoları da ortaya çıxmalıdır. Son məlumatlara əsasən Mate 30 Lite modeli adi Mate 30 ilə Mate 30 Pro-dan daha tez təqdim olunacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Xanımlar üçün 500 Manatlıq Texnologiya səbəti | Hədiyyə edirik

31 Oktyabr axşam saat 20:00-da isə ənənəvi canlı yayımımız Facebook səhifəmizdə olacaq. Və 5 nəfər ş..


Elon Musk yeni smartfon alandan sonra köhnəsini məhv edir

Yeni smartfonun alışından sonra köhnə smartfon modelinin aqibəti müxtəlif cür olur.


Hyundai şirkəti gələcəyin avtomobillərinə 35 milyard dollar investisiya yatıraca..

Cənubi Koreya prezidenti Moon-Jae-in düşünür ki, 2030-cu ilə kimi Cənubi Koreya yollarında olacaq nə..


NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandrları təqdim ..

Hələ bir neçə müddət bundan öncə NASA agentliyi yeni kosmik skafandrın hazırlanması sifarişini vermi..


Xiaomi şirkəti gələn il çoxlu sayda 5G dəstəkli smartfon satışa çıxardacaq..

Keçirilmiş 6-cı beynəlxalq internet konfransı çərçivəsində Xiaomi şirkətinin təsisçisi Lei Jun, 5G ş..


HTC şirkəti Exodus 1s adlı büdcəli kriptovalyuta smartfonunu təqdim etdi

Hələ bu ilin may ayında HTC şirkəti Exodus 1s adlı kriptovalyuta smartfonu barəsində planlarını açıq..