main-post-cover

    Huawei Mate 30 Lite smartfonu barəsində ilkin məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    25.06.2019
    Farid Pardashunas
        Huawei şirkəti artıq aktiv şəkildə Mate 30 smartfon seriyası üzərində çalışır. İndi isə bu seriyanın Lite modeli barəsində ilkin məlumatlar ortaya çıxıb. Bu barədə IThome saytına istinadən Gagadget saytı xəbər verib. Məlumat sızıntısına əsasən Huawei Mate 30 Lite modeli 2310x1080 piksel keyfiyyətli 6.4 düym genişformatlı IPS ekranla təchiz olunacaq və ekranın yuxarı sol küncündə kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi formalı çıxıntı hissə yerləşəcək. Bununla yanaşı Lite model yeni Kirin 810 prosessoru ilə də təchiz olunmalıdır.

        Bu prosessor da Kirin 980 kimi 7 nanometrlik texnoloji proses vasitəsilə hazırlanıb. Mate 30 Lite həmçinin 6/8 GB RAM, 24 MP-lik ön kamera və 20 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə də təchiz olunmalıdır. Smartfon həm də kənar hissədən barmaq izi skanı tenxologiyasına və qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş hissəsinə sahib olacaq. Yeni smartfon seriyasının təqdimat tarixi barəsində məlumat olmasa da bəzi məlumat sızıntılarına əsasən Mate 30 Lite modeli adi Mate 30 ilə Mate 30 Pro modellərindən daha tez təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər