main-post-cover

    Huawei Kirin prosessorları digər istehsalçıların Android smartfonlarına da quraşdırılacaq

    Elm & Texnologiya
    06.01.2020
    Emil Nəcəfov
        HiSilicon Kirin prosessorları ilk öncədən yalnız Huawei şirkətinin cihazları üçün istehsal olunurdular. Lakin Huawei şirkəti bu məsələdə öz strategiyasına yenidən nəzər yetirərərək digər Android smartfon istehsalçıları üçün də bu prosessorun təqdim edilməsi qərarına gəlib. Bu barədə Gizchina saytı xəbər verib. Çindən olan mənbələrin verdikləri mənbələrə əsasən Çində keçirilmiş Elexcon adlı sərgi çərçivəsində Huawei şirkəti Android smartfon istehsalı ilə məşğul olan digər istehsalçı partnyorları üçün 4G modemə sahib prosessor modelini təqdim edib.
        Təqdim edilmiş prosessor barəsində hələ məlumat çox azdır. Sadəcə məlum olan odur ki, 4G modemdən əlavə olaraq təqdim edimiş prosessor modeli orta seqmentə şamil olunur. Kənar Android smartfon istehsalçıları üçün sözügedən prosessorun istehsalı ilə Shanghai HiSilicon şirkəti məşğul olacaq. Bu şirkət Huawei tərəfindən keçən ilin aprel ayında yaradılmışdı. Digər Android smartfon istehsalçılarından kimlərin Huawei prosessorundan istifadə edəcəyi hələ məlum deyil. 
    Linki kopyala