main-post-cover

    Huawei GT2 smart saatının real fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    17.09.2019
    Emil Nəcəfov
        Huawei şirkəti 19 sentyabr tarixində yeni Mate 30 flaqman smartfon seriyası ilə birlikdə həmçinin GT2 adlı smart saat modelini də təqdim edəcək. Bir neçə müddət bundan öncə bu smart saatın render fotoları ortaya çıxmışdı. İndi isə onun real fotoları ortaya çıxıb. Bu barədə Slashleaks saytı xəbər verib. Ortaya çıxmış real fotolardan da görmək olar ki, GT2 əvvəlki modeldən xarici görünüşcə heç də fərqlənmir.
        Lakin ortaya çıxmış fotolarda ən maraqlı məqam saatın interfeysidir. Məlumata əsasən GT2 şirkətin HarmonyOS adlı fərdi əməliyyat sistemi vasitəsilə çalışacaq. Əvvəlki modeldən fərqli olaraq GT2 modeli nazik çərçivələrə sahib bir qədər böyüdülmüş AMOLED ekranı, yeni Kirin A1 prosessorunu, GPS modulu, Bluetooth 5.1, mikrofonu, səsgücləndiricini, ürək döyüntülərinin təyin olunması üçün ötürücünü və 445 mAh enerji tutumlu batareya həcmini əldə edəcək.
    Linki kopyala