Huawei FreeBuds Pro 3 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Huawei FreeBuds Pro 3 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Texnologiya
15.09.2023 PAYLAŞIM

    Huawei şirkəti FreeBuds Pro 3 adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Bu yeni naqilsiz qulaqlıq ikili drayverləri və səs keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş texnologiyaların dəstəklərini əldə edib. Bununla yanaşı FreeBuds Pro 3 bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışması ilə seçilir. Huawei FreeBuds Pro 3 özündə ətraf səs-küyün aktiv boğulması üçün nəzərdə tutulmuş Dynamic ANC 3.0 adlı funksiyanı birləşdirir. Üstəlik naqilsiz qulaqlıq Triple Adaptive EQ texnologiyasının dəstəyinə sahibdir.


    Bu texnologiya öz növbəsində səsi istifadəçinin qulaqlarının quruluşlarına uyğun optimizasiya edir. Telefon danışıqları üçün FreeBuds Pro 3-də PureVoice 2.0 adlı elektron səs boğma funksiyasından istifadə edilir. Bu funksiya telefon danışıqları zamanı fondakı səsləri boğmaq üçün nəzərdə tutulub. Şirkətin verdiyi məlumata əsasən qulaqlıqlar şarj keysi ilə birlikdə 31 saat ərzində çalışa bilirlər. Üstəlik FreeBuds Pro 3 eyni anda iki səs mənbəyinə qoşulma özəlliyinə sahibdir. Avropa bazarında bu yeni naqilsiz qulaqlıq 11 oktyabr tarixində satışa çıxacaq və 200 avro qiymətində satılacaq.



DAHA ÇOX


Google şirkəti bugün 25 yaşını qeyd edir

Dünyanın ən nüfuzlu texnoloji şirkətlərindən biri olan Google bugün 25 yaşını qeyd edir. ..


Tesla öz elektromobillərinin istehsalat xərclərini azaltmağın yolunu tapıb..

Verilmiş məlıumata əsasən Tesla şirkəti özünün Gigacasting adlı pressləmə texnologiyasının təkmilləş..


LG şirkəti 6G şəbəkəsində növbəti testini uğurla yekunlaşdırıb

LG şirkəti 6G şəbəkəsinin imkanlarını tədqiq etməyə davam edir.


Apple Vision Pro-nun sadələşdirilmiş versiyası ləğv edilmiş ola bilər

Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatından s..


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..

×