main-post-cover

    Huawei'dən VR Glass adlı virtual reallıq eynəyi - QİYMƏT

    Elm & Texnologiya
    27.09.2019
    Farid Pardashunas
        Huawei şirkəti VR Glass adlı virtual reallıq eynəyini anons etdi. Şirkətin verdiyi məlumata əsasən bu VR eynək aşağı çəki, piksellərin yüksək sıxlıqları və aşağı qiymət göstəricisi ilə seçilir. Bu barədə IThome saytı xəbər verib. Huawei VR Glass eynəyi istifadəçi başında bərkidilməsi üçün əlavə kəmərə və ya bərkidici özəlliyə sahib deyil. Dizayn baxımından bu eynək adi gün eynəyini xatırladır. Sadəcə olaraq fərq ondan ibarətdir ki, VR eynəyin linzalar hissəsi bir qədər daha qalındır.
        Eynəyin istifadəçi üzündə tam yerləşdirilməsi üçün mühəndislər eynəyin kənar hissələrini uzadıblar. Şirkətin bu məhsulda əsas nailiyyəti isə linzaların qalınlığıdır. Belə ki, onlar 26.6 mm qalınlığa sahibdirlər. Müqayisə üçün qeyd etmək lazımdır ki, HTC Vive Pro-nun linzalarının qalınlığı 73.5 mm təşkil edir. Huawei VR Glass-ın çəkisi isə 166 qramdır. Bunun sayəsində istifadəçi cihazın ağırlığından yorulmayaraq uzun müddət ondan istifadə edə bilər.
        Huawei şirkətinin virtual reallıq cihazı uzağı və ya yaxını yaxşı görməyən istifadəçilər üçün avtomatik olaraq ayarlanır. Bu halda eynəyin sağ və sol göz üçün olan linzaları bir-birindən asılı olmayaraq çalışırlar. Bununla yanaşı cihaz iki ədəd səsgücləndiriciyə sahibdir və həmin səsgücləndiricilərdən hər biri Smart PA gücləndiricisini özündə birləşdirir.
        Hər bir göz üçün nəzərdə tutulmuş ekranın keyfiyyəti 1600x1600 piksel təşkil edir. Şirkətin verdiyi məlumata əsasən piksellərin real sıxlıqları hər düym üçün 1058ppi təşkil edir. Bu cihazı alacaq şəxs Huawei VT videoplatformasına keçid qazanacaq. Həmin platformada isə HD keyfiyyətində olan 30.000 saatlıq müxtəlif kontent mövcuddur. Huawei VR Glass bu ilin dekabr ayında satışa çıxacaq və 420$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər