Huawei'dən telefonlara dopinq: GPU Turbo texnologiyasının yayımlanma təqvimi bəlli oldu
Elm & Texnologiya
29.06.2018
Nijat Hamid
Huawei yaxın vaxtlarda GPU Turbo adında bir texnologiya tanıtdı. Kirin çipsetlərini dəstəkləyən bu texnologiya hesabına artıq Huawei telefonları daha performanslı olacaq, əlavə olaraq batareya sərfiyyatı da azalacaq. Açıqlanan rəqəmlərə görə bu texnologiya qrafika gücünü 60% artıracaq, enerji sərfiyyatını isə 30% azaldacaq. İndi isə bu texnologiyanın hansı modellərə hansı tarixdə gələcəyi bəlli oldu.
Hal-hazırda Honor i9 modelində olan GPU Turbo texnologiyası Huawei şirkətinin orta və üst seqment cihazlarına yenilənmə vasitəsilə gələcək.
Flaqman və Mate seriyası üçün:
- Huawei P20/P20 Pro- Avqust
- Mate 10/10 Pro/RS- Avqust
- P20 Lite/P Smart/Nova 2i/Mate 10 Lite- Sentyabr
- Huawei Y9- Sentyabr
- Mate 9/9 Pro- Noyabr
- Huawei P10/P10 Plus- Noyabr
Honor seriyası üçün:
- Honor 10- Avqust
- Honor 9 Lite- Sentyabr
- Honor V10- Sentyabr
- Honor 7X- Sentyabr
- Honor 8 Pro/9- Noyabr
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)