main-post-cover

    Huawei'dən GT2 adlı yeni smart saat modeli - QİYMƏT

    Elm & Texnologiya
    19.09.2019
    Farid Pardashunas
        Dünən Huawei şirkəti Mate 30Mate 30 Pro flaqman smartfon modellərindən əlavə olaraq GT2 adlı yeni smart saat modelini də təqdim etdi. Lakin əvvəlki modeldən fərqli olaraq GT2 iki ölçüdə satışa çıxacaq. Bununla yanaşı yeni smart saat modeli daxil olan zənglərə cavab və musiqilərin lokal saxlanması özəlliklərini əldə edib. Beləliklə GT2 42 mm və 46 mm ölçülərdə satışa çıxacaqlar. 42 mm ölçülü model 390x390 piksel keyfiyyətli 1.2 düym AMOLED ekran, 46 mm ölçülü model isə 454x454 piksel keyfiyyətli 1.39 düym AMOLED ekran əldə edib.
        46 mm ölçülü GT2 modeli xarici görünüşcə birinci model GT-ni xatırladır. 42 mm ölçülü GT2 isə daha minimalistik dairəvi gövdə əldə edib və onun ekranı üzərində kənarları əyilmiş 3D şüşə yerləşdirilib. Ölçülərindən asılı olmayaraq hər iki saatın gövdəsində interfeys idarəetməsi üçün iki ədəd fiziki düymə və ürək döyüntülərinin təyin edilməsi üçün optik ötürücülər yerləşdirilib. Hər iki smart saat modeli Kirin A1 prosessoru ilə təchiz olunub. Bu prosessor məhz bu cür daşınıla bilən cihazlar üçün hazırlanıb.
        Bu, dünyada Bluetooth 5.1Bluetooth 5.1 EE dəstəkli ilk prosessor modelidir. Öz prosessorundan istifadə sayəsində 46 mm ölçülü model bir dəfə şarj olunandan sonra 2 həftə, 42 mm ölçülü model isə 1 həftə çalışa bilir. Huawei Watch GT2 vasitəsilə musiqini idarə etməkdən əlavə olaraq saatın yaddaşına həmçinin 500 ədəd musiqi də yazmaq mümkündür.
        Bununla yanaşı yeni smart saatlar vastəsilə daxil olan zənglərə cavab vermək olar. Yeni növ Bluetooth versiyasının dəstəklənməsi sayəsində isə istifadəçi qolunda bu saat olan zaman o, smartfondan 150 metr məsafədə uzaqlaşa bilər. Yeni smart saatlar həm də 15 idman növünü, stress səvyyəsini, yuxu keyfiyyətini, ürək döyüntüsü ritmini təyin edə bilirlər. Onu da qeyd etmək lazımdır ki, smart saatlarda olan GPS modul vasitəsilə onların harda yerləşdiklərini təyin etmək mümkündür. Huawei Watch GT2 gələn ay satışa çıxacaq. 42 mm ölçülü model 229 avroya, 46 mm ölçülü model isə 249 avroya satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər