main-post-cover

    Huawei bütün tərtibatçıları Android'i əvəz edəcək yeni əməliyyat sisteminin inkişafına dəvət edib

    Elm & Texnologiya
    27.06.2019
    Farid Pardashunas
        Huawei şirkəti özünün əməliyyat sistemini yaratdığını elan edəndən sonra o, HongMeng OS kod adlı layihəsini aktiv şəkildə inkişaf etdirməyə start verdi və Google servislərinə rəqib olacaq ekosisteminin yaradılması üçün yarım milyon tərtibatçını özünə cəlb etdi. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. China Open Source Summit 2019 adlı konfrans çərçivəsində şirkət yeni mobil əməliyyat sisteminin əsas elementinin çıxış tarixini elan etdi.
        Huawei şirkətinin inkişafı və strategiyası üzrə vitse-prezidenti Xiao Ran elan edib ki, açıq mənbəli koda sahib Huawei Ark kompilyatoru avqust ayında tərtibatçılara təqdim olunacaq. Şirkət ədalətli, açıq, sağlam və məğlubiyyətsiz qlobal ekosistemin qurulması üçün öz partnyorlarını yeni cəmiyyətə dəvət edib.
        Şirkətin verdiyi məlumata əsasən Huawei Ark sistemin çalışma müntəzəmliyini 24% yaxşılaşdırmaq, onun reaksiya sürətini 44% yüksəltmək, kənar tərtibatçıların tətbiqlərinin çalışma sürətlərini isə 60% yüksəltmək potensialına malikdir. Çinin TechWeb saytının fikrincə HongMeng OS-in əsas qəlizliyi kodun yaradılmasında deyil məhz ekosistemin yaradılmasında olacaq. Güman olunur ki, kənar tərtibatçıların aktiv iştirakı öz növbəsində yeni əməliyyat sisteminin işıq üzü görməsini və yayılmasını sürətləndirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər