Huawei böyük ölçülü ekrana sahib yeni MatePad planşeti üzərində çalışır

Huawei böyük ölçülü ekrana sahib yeni MatePad planşeti üzərində çalışır

Texnologiya
14.09.2023 PAYLAŞIM

    Çinli insayderlərdən birinin vermiş olduğu məlumata əsasən Huawei şirkəti hal hazırda MatePad planşet seriyasının yeni modeli üzərində çalışır. Söhbət, MatePad Pro 13.2-dən gedir. Adından da bəlli olduğu kimi sözügedən planşet 13.2 düym ekranla təchiz olunmalıdır. Bunun olacağı halda MatePad Pro 13.2 planşeti MatePad seriyasının modelləri arasında ən böyük ekranı əldə edəcək.

    Məlumatda qeyd edilib ki, bu yeni planşetin daha bir fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacaq. İnsayder bildirib ki, MatePad Pro 13.2 planşeti 12 GB RAM, 256 GB daxili yaddaş həcmi və ikili arxa kamera ilə təchiz olunmalıdır. Planşetin Kirin prosessoru vasitəsilə çalışacağı istisna edilmir. Huawei MatePad 13.2 planşetinin nə zaman təqdim olunacağı barəsində isə hələ heç bir məlumat yoxdur.




DAHA ÇOX


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..


CMF Buds Pro naqilsiz qulaqlığı və CMF Power şarj adapteri təqdim olunub - QİYMƏ..

Nothing şirkətinin CMF subbrendi CMF Watch Pro smart saatı ilə yanaşı həmçinin CMF Buds Pro naqilsiz..


Nothing-in CMF brendi öz ilk smart saatını təqdim edib - QİYMƏTİ

Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smart saatı CMF Watch Pro-nu təqdim edib.


Snapdragon 8 Gen 3-ün qrafik çipi Geekbench testlərindən keçib

Qualcomm gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Galaxy Tab S9 FE planşetlərinin fotoları və texniki göstəriciləri ortaya çıxıb..

Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy Tab S9 FE planşet seriya..

×