main-post-cover

    Huawei Apple AirTag-ın büdcəli versiyası olan Huawei Tag-i təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    05.07.2022
    Emil Nəcəfov
        Huawei şirkətinin məhsullar siyahısını itmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş kompakt ölçülü treker genişləndirib. Huawei Tag adlı kiçik ölçülü cihaz suya və toza davamlıdır, şarj olunandan sonra uzun müddət ərzində çalışa bilir və Apple AirTag-dən fərqli olaraq daha ucuz satış qiymətinə sahibdir. Huawei Tag axtarış trekerinin çəkisi cəmi 6 qramm təşkil edir. O özündə enerjini CR2032 adlı yastı batareya vasitəsilə saxlayır. Şirkətin verdiyi məlumata əsasən trekerin sahib olduğu bu batareyanın tam şarj olunmasından sonra Huawei Tag 12 ay ərzində şarjsız çalışa bilir.
        Trekerin daha bir fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunur. Bununla yanaşı treker özündə Bluetooth-u və NFC çipi birləşdirir. Onu HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışan smartfon üzərindən Huawei Find adlı servis vasitəsilə tapmaq mümkündür. Huawei Tag 30 iyul tarixində Çində satışa çıxacaq. Onun Çində satış qiyməti isə 15$ təşkil edəcək. 4 ədəd Huawei Tag-dan ibarət komplekt 45$-a satılacaq. Treker üçün əlavə olaraq 10$ qiymətində dəri keys də təklif edilir.
    Linki kopyala