main-post-cover

    HTC U12 Plus rəqiblərindən fərqli dizayn ilə gələcək

    Elm & Texnologiya
    24.03.2018
    Nijat Hamid
    iPhone X ilə telefon bazarında çərtikli ekran texnologiyası bir xeyli populyarlaşdı. Amma HTC şirkəti bu populyarlaşmanın davamçılarından olmaq istəmir anlaşılan. Bu il tanıdacağı U12U12 Plus modelləri ilə HTC, telefon bazarındakı payını artırmağa çalışacaq. HTC U11 modeli ilə özünə məxsus dizaynı olan şirkət bir sonrakı flaqman modellərində də bu dizaynı təkminləşdirib telefonlarında istifadə edəcək. "ConceptCreator" adlı sayt U12 Plus modelinin texniki təsvirlərinə əsasən telefonun dizaynını hazırladı. Görəcəyimiz bu şəkillərə əsasən deyə bilərik ki, U12 Plus modeli ciddən göz oxşayan bir telefon olacaq.
    Arxada tam ortaya yerləşdirilmiş 2-li dual kamera, incə çərçivə və arxa paneli şüşə olan bir HTC modeli gəlir.           
    Telefonun rəsmi təqdimatına qədər gözləməli olsaq da, telefonun texniki parametrləri ilə bağlı bilinən məlumatlar telefonun 6 gb Ram, Snapdragon 845 markalı prosessor, 6 inch Full HD ekran, 128 gb yaddaş (SD kard dəstəyi ilə), 3420 mAH batareya tutumu, 16 MP + 12 MP kamera və 8 MP-lik ön kamera ilə satışa buraxılacaq. Ayrıca Google Pixel 2 modelində olduğu kimi Güc(Power) düyməsi rəngli olacaq
    .
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər