main-post-cover

    HTC U12 Life smartfonu rəsmi olaraq təqdim olundu

    Elm & Texnologiya
    30.08.2018
    Farid Pardashunas
        HTC şirkəti U12 flaqman modelinin sadələşdirilmiş versiyası olan U12 Life smartfonunu təqdim etdi. Sadələşdirilmiş versiyanın flaqmandan fərqləndirən əsas özəllikləri arasında onun texniki göstəriciləri, böyüdülmüş batareya həcmi və korpusun yeni maraqlı dizaynı var. Beləliklə HTC U12 Life smartfonu 2160x1080 piksel keyfiyyətli 6 inç Full HD+ IPS ekrana sahibdir.
        Ekran həmçinin cızıqlara dözümlüdür. Əsas texniki göstəricilərə gəldikdə isə U12 Life 8 nüvəli Snapdragon 636 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş (microSD dəstəkli), f/2.0 diafraqmalı 16 MP + 5 MP ikili arxa kamera, f/2.0 diafraqmalı 13 MP-lik ön kamera və 3600 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        Smartfonun arxa panelində həmçinin barmaq izi skanı texnologiyası yerləşdirilib. U12 Life modeli HTC Sense interfeysli Android 8.1 Oreo əməliyyat sistemi əsasında çalışır. Seçilmiş RAM və daxili yaddaş həcmi özəlliklərindən asılı olaraq smartfonun qiyməti 390$-dan başlayacaq. Onun satışlarına isə yaxın zamanda start veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər