main-post-cover

    HTC şirkəti Desire 12 və Desire 12 Plus smartfonlarını təqdim etdi

    Elm & Texnologiya
    20.03.2018
    Farid Pardashunas
        Mart ayında yeni smartfon təqdimatı marafonunu HTC şirkəti davam etdirir. Beləliklə şirkət HTC Desire 12Desire 12 Plus modellərini təqdim etdi. Hər iki smartfon 18:9 nisbətində ekrana, şüşədən hazırlanmış arxa panelə və Project Treble dəstəkli Android Oreo əməliyyat sisteminə sahibdir. Adi Desire 12 modeli 1440x720 piksel keyfiyyətli 5.5 inç IPS ekran, 4 nüvəli MediaTek MT6739 prosessoru, 2/3 GB RAM, 32 GB daxili yaddaş (microSD dəstəkli), f/2.2 diafraqmalı 13 MP-lik arxa kamera, f/2.4 diafraqmalı 5 MP-lik ön kamera və 2730 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        Desire 12 Plus modelinə gəldikdə isə o, həminki ekrana sahibdir. Lakin ölçü baxımından Plus modeli 6 inç-lik ekrana sahibdir. Əsas texniki göstəricilərə gəldikdə isə Desire 12 Plus 8 nüvəli Snapdragon 450 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, f/2.2 diafraqmalı 13 MP + 2 MP ikili arxa kamera, f/2.0 diafraqmalı 8 MP-lik ön kamera və 2965 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bütün bunlardan əlavə olaraq Plus modelinin arxa panelində həmçinin barmaq izi skanı texnologiyası da var. Məlumata əsasən satılacağı regiondan asılı olaraq adi Desire 12 185-199 avro qiymətinə, Desire 12 Plus isə 235-249 avro qiymətinə satılacaq. Hər iki smartfonun gələn ay satışa çıxacağı planlaşdırılır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər