main-post-cover

    HTC şirkəti 2 illik fasilədən sonra yeni flaqman smartfon üzərində çalışır

    Elm & Texnologiya
    25.05.2020
    Emil Nəcəfov
        HTC şirkətinin daxilində böhran davam edir. Şirkət pul itirməyə davam edir, onun mobil şöbəsi çox pis vəziyyətdədir, sonuncu smartfon modelləri isə elə də böyük uğur qazanmayıblar. Şirkətin son smartfonları dedikdə HTC Exodus 1sWildfire R70 modellərini yada salmaq olar. Buna baxmayaraq şirkət ayaqları üstündə dayanmağa çalışır və hətta yeni smartfon üzərində çalışır. Bu barədə Gizchina saytı xəbər verib.
        İlk baxışdan yeni smartfon modeli üzərində işlərin getməsi bir şirkət üçün heç də təəccüblü deyil. Lakin hazırlanan yeni smartfon HTC şirkəti üçün 2 il ərzində ilk flaqman smartfon modelidir. Belə ki, HTC U12+ flaqman smartfonu 2018-ci ildə satışa çıxmışdı. Təəssüflər olsun ki, şirkətin yeni flaqman smartfonu barəsində məlumat yoxdur. Lakin güman etmək olar ki, o, Snapdragon 865 prosessoru, 5G modem və çərçivəsiz ekran ilə təchiz olunacaq. HTC şirkəti öz yeni flaqman smartfon modelini bu ilin iyul ayında təqdim etməlidir. 
    Linki kopyala