main-post-cover

    HTC Desire 12 Plus smartfonunun texniki özəllikləri məlum olub

    Elm & Texnologiya
    02.03.2018
    Farid Pardashunas
    İnternetdə tam ekranlı və büdcəli HTC Desire 12 Plus modelinin texniki göstəriciləri barəsində məlumatlar sızdırılıb.
        Beləliklə Breeze Plus kod adlı Desire 12 Plus modeli 18:9 nisbətli 1440x720 piksel keyfiyyətli 5.99 inç IPS ekrana sahib olacaq. Bu cür ekran ölçüsünə Full HD formatı daha uyğun gələrdi. Lakin görünür, şirkət bu baxımdan bir qədər qənaət etmək istəyib.
        Smartfon 1.8 GHz tezlikli 8 nüvəli Snapdragon 450 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (microSD dəstəkli), 13 MP-lik arxa kamera, təsvirin elektron stabilizasiyası özəlliyinə sahib 8 MP-lik ön kamera və 2965 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Bu cür batareya vasitəsilə smartfon 2 saat 10 dəqiqə ərzində tam olaraq şarj oluna biləcək. Smartfonda sürətli enerji yığma özəlliyinin olub-olmayacağı barəsində heç bir məlumat yoxdur. Məlumata əsasən bu batareya həcmi vasitəsilə smartfon 26 saat danışıq rejimində və 74 saat musiqi dinləmə rejimində çalışa biləcək. Desire 12 və Desire 12 Plus modellərinin təqdimatı yaz fəslinə planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər