main-post-cover

    Honor V30 flaqman smartfonunun təqdimat tarixi barəsində məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    09.11.2019
    Emil Nəcəfov
        Artıq məlumdur ki, Huawei şirkətinin Honor adlı müstəqil brendi V30 flaqman smartfon seriyası üzərində çalışır. İndi isə internetdə sözügedən smartfon seriyasının təqdimat tarixi barəsində məlumat ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə məşhur hindistanlı insayder Mukul Sharma V30 smartfon seriyasının reklam posterinin fotosunu təqdim edib və həmin posterdə smartfonun təqdimat tarixi əks olunub.
        Posterdəki məlumata əsasən V30 smartfon seriyası 26 noyabr tarixində təqdim olunacaq. Bundan əlavə olaraq sözügedən poster həmçinin V30 modelinin Kirin 990 prosessoru ilə təchiz olunacağını və 5G şəbəkəsini dəstəkləyəcəyini də təsdiqləyib. Son məlumat sızıntılarına əsasən Honor V30 modeli IPS LCD ekran, 8 GB RAM, biri 60 MP olmaqla üçlü arxa kamera və 22.5 vatt gücündə olan sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala