main-post-cover

    Honor V30 flaqman smartfonunun press render fotosu təqdim olundu

    Elm & Texnologiya
    19.11.2019
    Farid Pardashunas
        Baxmayaraq ki, Honor brendi hələ V30 flaqman smartfon seriyasını təqdim etməyib, bəzi online mağazalarda artıq smartfonların ön sifarişlərinə start verilib. İndi isə 91mobiles saytı smartfonlardan birinin press render fotolarını təqdim edib. Təqdim edilmiş press render fotolar adi V30 modelinə aiddir. Fotolardan da görmək olar ki, V30 modeli Galaxy S10-dakı kimi ikili ön kamera ilə təchiz olunacaq.
        Bununla yanaşı smartfon üçlü arxa kameraya, kənar hissədən barmaq izi skanı texnologiyasına və USB-C girişinə sahib olacaq. Smartfonda ənənəvi 3.5 mm-lik audiogiriş hissəsi olmayacaq. Son məlumat sızıntılarına səasən Honor V30 modeli LCD ekran, 5G dəstəkli Kirin 990 prosessoru, 22.5 vatt gücündə sürətli enerji texnologiyalı 4000 mAh enerji tutumlu batareya və biri 60 MP olmaqla üçlü arxa kamera ilə təchiz olunmalıdır. Qeyd etmək lazımdır ki, Honor V30 modeli  V30 Pro ilə birlikdə 26 noyabr tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər