main-post-cover

    Honor V30 5G və V30 5G Pro flaqman smartfonları təqdim olundular - QİYMƏTİ

    Elm & Texnologiya
    26.11.2019
    Farid Pardashunas
        Honor brendi Honor V30 5GV30 5G Pro smartfon modellərini təqdim etdi. Təqdim edilmiş smartfonlar həm xarici görünüşcə həm də texniki özəlliklər baxımından eynidirlər. Honor V30 5G Pro modelini adi Honor V30 5G-dən fərqləndirən əsas özəllik isə kameralar ilə bağlıdır. Beləliklə Honor V30 5G Full HD+ keyfiyyətli 6.57 düym IPS ekranla təchiz olunub və ekran üzərində Galaxy S10+ smartfonunda olduğu kimi ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşdirilib. Bundan əlavə olaraq smartfon ekranının əsas özəlliklərindən biri də odur ki, ekran rahat şəkildə elektron kitab oxumaq üçün xüsusi işıqlandırma sisteminə sahibdir.
        Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon Kirin 990 prosessoru vasitəsilə çalışır. Link Turbo adlı xüsusi funksiya isə online oyunlarda kadr itməsinə imkan vermir. Sözügedən prosessor həmçinin Balong 5000 adlı 5G çipi də özündə birləşdirir. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon 6/8 GB RAM, 128/266 GB daxili yaddaş həcmi və 4200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon batareyası həmçinin naqil vasitəsilə 40 vatt gücündə sürətli şarj texnologiyasını, naqilsiz 24 vatt sürətli gücündə şarj texnologiyasını və 7.5 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir.
        İkitərəfli şarj texnologiyası vasitəsilə müxtəlif aksessuarları smartfonun arxa panelinin üzərinə qoymaqla şarj etmək mümkündür. Smartfonun əsas özəlliyi məhz kameralardır. Belə ki, adi V30 5G modeli 40 MP (f/1.8 dafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı) + ToF dördlü arxa kamera ilə təchiz olunub. V30 5G Pro modelində isə sonuncu 8 MP-lik kamera modulu f/2.2 diafraqmalı 12 MP-lik kamera ilə əvəz edilib. Hər iki smartfon 32 MP + 8 MP ikili ön kameraya sahibdir. Smartfonların kameraları həmçinin süni zəka alqoritmlərini də dəstəkləyirlər. Bunun sayəsində daha detallı yüksək keyfiyyətli fotoların əldə olunması mümkün olur.
        AR Magic Photo funksiyası sayəsində ikiölçülü obyektləri üçölçülü obyektlərə çevirmək olar. Maraqlısı ondadır ki, bu funksiya həmçinin insanların fotolarını çəkən zaman da çalışır. Beləliklə tez bir zamanda hansısa şəxsin 3D modelini əldə etmək olar. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib V30 5G 472$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib V30 5G isə 528$-a satılacaq. Bu model 6 dekabr tarixində satışa çıxacaq. V30 5G Pro-ya gəldikdə isə 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 555$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 600$-a satılacaq. Pro modellər 12 dekabr tarixində satışa çıxacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər