main-post-cover

    Honor brendinin hansı smartfonları ilk olaraq Android Q'nü əldə edəcəklər?

    21.06.2019
    Farid Pardashunas
        Hələ dünən Huawei şirkəti xəbər vermişdi ki, onun 20 smartfon modeli Android Q əməliyyat sistemini əldə edəcək. Lakin şirkətin təqdim etdiyi siyahıda Honor brendinin smartfonları yox idilər. İndi isə Honor brendinin ilk önc' hansı smartfon modellərinin Android Q əməliyyat sistemini əldə edəcəkləri barəsində məlumat ortaya çıxıb. Bu barədə Fonearena saytına istinadən Gagadget saytı xəbər verib.
        Beləliklə sızdırılmış məlumata əsasən Honor brendinin Android Q əməliyyat sistemini əldə edəcək ilk seriyası Honor 20 smartfon seriyası olacaq. Bu seriyaya adi Honor 20, Honor 20 Pro Honor 20i smartfonları daxildirlər. Faktiki olaraq bu smartfonlar Android Q-nü bu ilin sonuna kimi əldə etməlidirlər.
        Həmin modellərdən əlavə olaraq Android Q-nü həmçinin Honor View 20 (başqa adı Honor V20), Honor 10, Honor 10 Lite, Honor PlayHonor 8X smartfonları da əldə edəcəklər. Sözügedən smartfonlarda yeni əməliyyat sisteminin nə zaman təqdim olunacağı hələki bilinmir. Qeyd etmək lazımdır ki, yeni əməliyyat sistemi ilə birlikdə Huawei smartfonları həmçinin yeni EMUI 10 interfeysini də əldə edəcəklər. Şirkət artıq həmin interfeysi test etməyə başlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər