Honor 20 ilə Honor 20 Pro flaqman smartfonlarının qiymətləri məlum oldu

20.05.2019 0 PAYLAŞIM 143 OXUNMA

    21 may tarixində Londonda Huawei şirkətinin Honor brendi özünün yeni flaqman smartfon modelləri olan Honor 20 ilə Honor 20 Pro-nu təqdim edəcək. Sözügedən smartfon modellərinin texniki göstəriciləri əvvəlki məlumat sızıntıları sayəsində artıq bizə məlumdur. Lakin indi bu smartfonların satış qiymətləri barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Gizmochina saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə məlumata əsasən Honor 20 modeli bir neçə variantda satışa çıxacaq və onların qiymət göstəriciləri aşağıdakı kimi olacaq:

- 6 GB RAM və 128 GB daxili yaddaş həcmi - 390$

- 8 GB RAM və 128 GB daxili yaddaş həcmi - 423$

- 8 GB RAM və 256 GB daxili yaddaş həcmi - 506$.

Honor 20 Pro modellərinin qiymətləri isə aşağıdakı kimi olacaq:

- 8 GB RAM və 128 GB daxili yaddaş həcmi - 535$

- 8 GB RAM və 256 GB daxili yaddaş həcmi - 607$.

    Bununla yanaşı 10/12 GB RAM və 512 GB daxili yaddaş həcminə sahib Honor 20 Pro Moschino Edition adlı model də olacaq. Onun güman edilən qiymət göstəricisi isə 723$-dır. Əgər bu qiymət göstəriciləri həqiqətən də doğrudursa, deməli Honor 20 modeli keçən ilki Honor 10-dan daha ucuz qiymətə satılacaq. Belə ki, keçən il Honor 10 modeli satışa çıxanda onun 6 GB RAM ilə 64 GB daxili yaddaşlı versiyası 415$-a, 6 GB RAM ilə 128 GB daxili yaddaşlı versiyası isə 480$-a satılırdı.