main-post-cover

    Honor 20 ilə Honor 20 Pro flaqman smartfonları təqdim olundular

    Elm & Texnologiya
    21.05.2019
    Farid Pardashunas
        Huawei şirkətinin Honor brendi Londonda özünün Honor 20 flaqman smartfon seriyasını təqdim edib. Bu seriyaya adi Honor 20 ilə Honor 20 Pro modeli daxil olub. Honor 10 ilə müqayisədə təqdim olunmuş yeni Honor 20-də bir sıra xarici görünüş və texniki göstərici dəyişikliyi var. Belə ki, yeni Honor 20 modeli demək olar ki, tam çərçivəsiz ekran, müasir texniki göstəricilər və 4 arxa kamera ilə təchiz olunub. Honor 20-nin ön panelini Full HD+ keyfiyyətli 6.26 düym IPS ekran əhatə edir. Əvvəlki modeldə olduğu kimi yeni Honor 20-nin ekranında da çıxıntı hissə yoxdur. Bunun yerinə ön kamera üçün kiçik dairəvi hissə nəzərdə tutulub və o, ekranın yuxarı sol hissəsində yerləşir. Smartfonun barmaq izi skanı texnologiyası isə cihazın sağ hissəsində yerləşən yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

        Smartfon Kirin 980 prossessoru əsasında çalışır. Gamerlər üçün həmçinin GPU Turbo 3.0 funksiyası da əlavə olunub. Həmin funksiya sayəsində istifadəçilər mobil oyunlar zamanı prosessroun gücünü artıra və smartfonun enerji sərfiyyatını aşağı sala bilərlər. Bununla yanaşı smartfon 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 48 MP (Sony IMX586, f/1.8 diafraqma, süni zəka vasitəsilə stabilizasiya özəlliyi) + 16 MP (f/2.2 diafraqmalı və 117 dərəcə bucaq təsvirli kamera modulu) + 2 MP (f/2.4 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı makroobyektiv) dördlü arxa kamera, f/2.0 diafraqmalı 32 MP-lik ön kamera, 22.5 vatt gücündə enerji qəbul etməyə qadir sürətl enerji yığma texnologiyalı 3750 mAh enerji tutumlu batareya və USB Type-C girişi ilə təchiz olunub.

        Honor 20 Pro modelinə gəldikdə isə o, adi Honor 20 modelindən xarici görünüşcə heç fərqlənmir. Əsas fərqləndirici özəlliklər smartfonun texniki göstəriciləri ilə bağlıdır. Belə ki, Honor 20 Pro modeli 8 GB RAM, 256 GB daxili yaddaş həcmi və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Adi Honor 20-dən Honor 20 Pro-nu həmçinin kameralar da fərqləndirir. Honor 20 Pro modeli də həminki Sony IMX586 markalı 48 MP-lik əsas kamera əldə edib.

        Lakin adi Honor 20 modelindən fərqli olaraq Honor 20 Pro-dakı 48 MP-lik əsas kamera təsvirin optik stabilizasiyası və f/1.4 diafraqmalı obyektivi əldə edib. 16 MP-lik ilə 2 MP-lik kamera modullarından biri öz yerində olaraq qalıblar. Lakin yerdə qalan ikinci 2 MP-lik kamera modulu 8 MP-lik ilə əvəz edilib və o, üçqat optik zoom, beşqat hibrid zoom və təsvirin optik stabilizasiyası özəlliklərinə sahibdir. Hər iki smartfon modeli Magic UI 2.1 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə Honor 20 modeli 499 avroya, Honor 20 Pro modeli isə 599 avroya satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər