main-post-cover

    HMD Global şirkəti yeni büdcəli Nokia üzərində çalışır

    02.02.2019
    Orxan Jafarli
        ABŞ-ın FCC adlı sertifikatlaşdırma təşkilatının məlumatlar bazasında yeni Nokia smartfonu ortaya çıxıb. Yeni Nokia smartfonu sertifikatlaşdırma təşkilatında TA-1157 model nömrəsi ilə aşkar edilib. Smartfonla bağlı aşkar edilmiş sənədlərdə smartfonun arxa panelinin sxematik fotoları əks olunub. Beləliklə məlumatlarda qeyd olunub ki, yeni Nokia smartfonu ikili arxa kameraya, barmaq izi skanı texnologiyasına və Google Pay ödəmələri üçün NFC modula sahib olacaq.

        Yeni Nokia modelinin gövdəsinin ölçülərinə əsasən güman etmək olar ki, o, 6 düym ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 3000 mAh enerji tutumlu batareyaya da sahib olacaq. Yeni modelin hansı ad ilə satışa çıxacağı barəsində heç bir məlumat yoxdur. Sənədlərdə qeyd olunmuş RAM (2/3 GB) göstəricilərinə əsasən demək olar ki, sözügedən Nokia modeli büdcəli smartfon olacaq.

        Şirkətin bütün smartfonları kimi yeni model də Android One proqramı çərçivəsində satışa çıxacaq. Yəni o, təmiz Android əməliyyat sistemi əsasında çalışacaq. Çox güman ki, şirkətin yeni büdcəli Nokia modeli MWC 2019 sərgisində Nokia 6.2 və 5 arxa kameralı Nokia 9 PureView smartfonları ilə birlikdə təqdim oluna bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər